Xidmətlər
Laboratoriya Servisi
Laboratoriya servisi çərçivəsində torpaq, su və çöküntü nümunələrinin ASTM, BS və GOST standartlarına uyğun analizi və keyfiyyətə nəzarətini həyata keçiririk.

Şirkətimiz müasir standartlara tam cavab verən labaratoriyaya malikdir.Labaratoriya heyyətimiz yüksək peşəkarlıq və təcrübəyə sahibdir.Bizim geotexniki laboratoriyamız torpağın, suyun, dəniz suyunun və çöküntülərin Amerika Yoxlama və Materiallar Cəmiyyətinin ( ASTM), Beynəlxalq Vahidlər Sisteminin ( BS) və GOST standartlarına uyğun olaraq tədqiqatını və sınağını yüksək professionallıqla həyata keçirir. Laboratoriya rəhbərliyimiz Laboratoriyanın “ Sınaq Laboratoriyası “ olduğunu təsdiq edən İSO 17025, “Sınaq Və Kalibrasiya Laboratoriyalarının Yetərliliyi Üçün Ümumi Şərtlər” standartına uyğun fəaliyyət göstərdiyi zaman keyfiyyətin ən yüksək standartlarına uyğun olaraq təlimatlarını verir. Bundan başqa gündəlik fəaliyyətlərimizdə və iş prinsiplərimizdə ətraf mühitlə bağlı öz öhdəçiliyimizi qarantiyaya almaq üçün biz İSO 9001, “Keyfiyyəti İdarəetmə Sistemləri Standartı”, İSO 14001, “Ətraf Mühiti İdarəetmə Sistemi” və OHSAS 18001, “Beynəlxalq Əməyin və Təhlükəsizliyin İdarəetməsi“ Standartına uyğun olaraq fəaliyyət göstəririk.
Digər xidmətlər
Mədən Qazması
Mədən qazması üzrə sahə tədqiqatı, nümunələmə və mühəndis müşayiəti işlərini müasir hidravlik qurğularla təhlükəsiz və dəqiq şəkildə icra edirik.
Ekoloji Tədqiqatlar
Ekoloji tədqiqat xidmətlərimizə hava və su keyfiyyəti monitorinqi, çirkab suyun qiymətləndirilməsi, rekultivasiya planlaması və ətraf mühit risklərinin analizi daxildir.
Geologiya və Geofizika
Geologiya və geofizika istiqamətində mühəndis-geoloji araşdırmalar, geofiziki ölçmələr, kəşfiyyat qazması və geoloji xəritələndirmə xidmətləri təqdim edirik.
Təbiətin bizə yox,bizim təbiətə ehtiyyacımız var!
GeoEco Engineering şirkəti olaraq peşakar heyyətimiz ilə sektorda önəmli layihələrə imza atmaqdayıq. Şirkətimiz Ətraf Mühit Mühəndisliyi, Geodeziya işləri,Geoloji Axtarış işləri, Hidrogeoloji Axtarış işləri, Dağ-Mədən, Geofizika, Qrunt və Hidro laboratoriya tədqiqatları üzrə xidmətlər göstərir.
