GeoEco · 2020-dən Fəaliyyətdə

Haqqımızda

Geo‑engineering və ətraf mühit xidmətləri

Təsis & Fəaliyyət

Mükəmməllik və Mühəndislik Dəqiqliyi

Şirkətimiz 2020-ci ilin İyul ayından etibarən rəsmi fəaliyyətə başlamışdır. “GeoEco Engineering” müxtəlif sahələrdə tədqiqat, mühəndislik və məsləhət, layihələrin inkişaf etdirilməsi fəaliyyətlərini həyata keçirir. “GeoEco Engineering” enerji effektivliyi və təmiz inkişaf, ətraf mühitin idarə edilməsi, risklərin qiymətləndirilməsi, və s. xidmətləri həyata keçirir.

Rəsmi Başlanğıc2020 İyul
Mərkəzi QərargahBakı, Altes Plaza
Əhatə DairəsiBütün Azərbaycan
Korporativ Dəyərimiz

“Təbiətin bizə yox,bizim təbiətə ehtiyyacımız var!”

Ətraf mühitin dayanıqlı idarə olunması, təbii resursların tədqiqi və geo-texniki təhlükəsizlik sahəsində ən yüksək elmi-mühəndislik standartları ilə fəaliyyət göstəririk.

Geniş Fəaliyyət Sahələri

Kompleks Tədqiqat və Mühəndislik Xidmətləri

Şirkətimiz Ətraf Mühit Mühəndisliyi, Geodeziya işləri,Geoloji Axtarış işləri, Hidrogeoloji Axtarış işləri, Dağ-Mədən, Geofizika, Qrunt və Hidro laboratoriya tədqiqatları üzrə xidmətlər göstərir. Şirkət eyni zamanda Kartoqrafiya, Hidrometriya (hidroqrafik ölçmələr / Batimetriya / Sonar), Topoqrafiya, Coğrafi İnformasiya Sistemləri, Məsafədən Zondlama, Mühəndislik və Məsləhət, Layihələndirmə, Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sahələri üzrə fəaliyyət göstərir.

#01

Ətraf Mühit Mühəndisliyi

#02

Geodeziya işləri

#03

Geoloji Axtarış işləri

#04

Hidrogeoloji Axtarış işləri

#05

Dağ-Mədən Tədqiqatları

#06

Geofizika

#07

Qrunt və Hidro Laboratoriya

#08

Kartoqrafiya

#09

Hidrometriya & Batimetriya (Sonar)

#10

Topoqrafiya

#11

Coğrafi İnformasiya Sistemləri (CİS)

#12

Məsafədən Zondlama

#13

Layihələndirmə & Mühəndislik

#14

Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ)

Təcrübəli Mühəndis Heyəti

Siyasət və İdarəetmə Yanaşmalarımız

Şirkətimizdə sadalanan sahələr üzrə ixtisaslaşmış,geniş təcrübəyə malik əməkdaşlardan ibarət olduqca təcrübəli mühəndislər çalışmaqdadır.Əməkdaşlarımızın layihələrin idarə olunması üzrə kifayət qədər təcrübələri vardır. Qeyd edək ki, Planlama, Fövqəladə Hallar, Keyfiyyətə Nəzarət, SƏTƏM və digər sahələr üzrə siyasət və yanaşmalarımız mövcuddur.

STRATEGİYA

Planlama

Bütün mühəndislik və çöl tədqiqatlarının beynəlxalq standartlara uyğun əvvəlcədən dəqiq modelləşdirilməsi.

RİSK İDARƏETMƏ

Fövqəladə Hallar

Sahə əməliyyatlarında risklərin öncədən qiymətləndirilməsi və fövqəladə vəziyyətlərə dərhal reaksiya protokolları.

KEYFİYYƏT

Keyfiyyətə Nəzarət

Məlumatların toplanması, laboratoriya sınaqları və təfsirində ISO 17025 keyfiyyət zəmanəti.

TƏHLÜKƏSİZLİK

SƏTƏM (HSE)

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə qlobal sənaye tələblərinin icrası.

Əsas Missiyamız

Şirkət olaraq əsas missiyamız Professional işçi qüvvəmiz ilə ən çox seçilən şirkət olmaq və müştərilərin bir nömrəli seçimi olmaqdır.Ətraf mühitə qayğı , təbiəti qorumaq və dünya səviyyəsində tanınaraq sahə üzrə ən yaxşı xidmət göstərən şirkətə çevrilmək əsas hədəflərimizdir.İşimizdə əsas öncəlik Təhlükəsizliyin ən yüksək səviyədə saxlanılması və heç bir bədbəxt hadisənin baş verməməsinin təmin etməkdir.

Sıfır Zərər Öhdəliyi

Əsas diqqətimiz məlumatların əldə edilməsi, emalı və təfsirində yüksək keyfiyyətin təminatına yönəlib. İşçilərimizin öz işlərinin daha keyfiyyətli görülməsini təmin etmək üçün onları ən son texnoloji avadanlıqla təchiz edir, yeni ideya və fürsətlərin yaranmasına yol açacaq iş mühiti yaradırıq. Yüksək keyfiyyətli xidməti qoruyub saxlamaqla bərabər, əsas diqqət etdiyimiz məqam - bütün işçilərin sağlamlığını qorumaq, əməyin təhlükəsizliyini təmin etmək, ətraf mühiti mühafizə etməkdir. Fəaliyyətimiz ərzində biz işçilərimiz, cəmiyyətimiz və ətraf mühit üçün Sıfır Zərər öhdəliyini öz üzərimizə götürmüşük. Bizə görə ən təhlükəsiz sahə - ən yaxşı sahədir.

Mühəndislik Tərəfdaşlığı

Təbiətin bizə yox,bizim təbiətə ehtiyyacımız var!

GeoEco Engineering şirkəti olaraq peşakar heyyətimiz ilə sektorda önəmli layihələrə imza atmaqdayıq. Şirkətimiz Ətraf Mühit Mühəndisliyi, Geodeziya işləri,Geoloji Axtarış işləri, Hidrogeoloji Axtarış işləri, Dağ-Mədən, Geofizika, Qrunt və Hidro laboratoriya tədqiqatları üzrə xidmətlər göstərir.