Layihələr
Yevlax rayonu Aran qəsəbəsində yerləşən torpaq sahəsində quş fermalarının ətraf mühitə təsirlərinin qiymətləndirilməsi layihəsi
Layihə Tarixi · 2026-01-15

Yevlax rayonu Aran qəsəbəsində yerləşən torpaq sahəsində quş fermalarının ətraf mühitə təsirlərinin qiymətləndirilməsi layihəsi (oktyabr, 2023)
Layihə ərazisi Yevlax rayonun inzibati ərazisində, Yevlax şəhərindən 33 km qərbdə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun şimal hissəsindən 7 km məsafədə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Quşçuluq təsərrüfatı regional inkişaf layihəsi olan Yevlax Agroparkın ərazisində yerləşəcəkdir. Təsarrüfatda olan fermaların tikintisi ümumilikdə 3.5 hektarlıq ərazini əhatə edəcəkdir.
Hazırkı Ətraf Mühit və Sosial-İqtisadi Təsirlərin Qiymətləndirilməsi Hesabatı “Yevlax Quşçuluq təsərrüfatı” Layihəsinin (bundan sonra – Layihə) həyata keçiriləcəyi ərazidə ətraf və sosial-iqtisadi mühitin mövcud vəziyyətinin ətraflı xarakterizə etmək və Layihənin potensial ətraf mühit və sosial-iqtisadi təsirlərini qiymətləndirmək məqsədini daşıyır.
ƏMTQ çərçivəsində Layihənin potensial təsir dairəsinin ətraf və sosial-iqtisadi mühitinin mövcud vəziyyətini tədqiq etmək və layihənin potensial təsirlərini müəyyən edərək qiymətləndirmək məqsədilə məlumatların təhlili, kompleks çöl tədqiqatları, maraqlı tərəflərlə müzakirələr və kompleks monitorinq işləri həyata keçirilmişdir.
ƏMTQ aşağıdakı ətraf və sosial-iqtisadi mühit parametrlərinin qiymətləndirilməsini əhatə etmişdir:
- Ümumi geologiya, hidrogeologiya, geomorfologiya və geoloji təhlükələr
- Meteorologiya və iqlim şəraiti
- Hidrologiya və suların keyfiyyəti, yerüstü və yeraltı su ehtiyatları
- Torpaq örtüyü və torpaqdan istifadə
- Bioloji müxtəliflik
- Atmosfer havasının keyfiyyəti, toz, səs-küy və titrəmə
- Sosial-iqtisadi şərait.
Qeyd olunmuş tədqiqatlar həm kameral, həm çöl, həm də laboratoriya şəraitində həyata keçirilmiş, nəticələri təhlil edilərək ƏSMVQ hesabatı çərçivəsində ümumiləşdirilmişdir.
The project area is located within the administrative boundaries of Yevlakh District, approximately 33 km west of Yevlakh city and about 7 km north of the Baku–Alat–Gazakh–Georgia highway. The poultry farm will be situated within the territory of the Yevlakh Agropark, a regional development project. The construction of the farm facilities will cover a total area of approximately 3.5 hectares.
This Environmental and Socio-Economic Impact Assessment (ESIA) Report has been prepared to provide a detailed characterization of the existing environmental and socio-economic conditions of the area where the “Yevlakh Poultry Farm” Project (hereinafter referred to as the Project) is planned to be implemented, and to assess the Project’s potential environmental and socio-economic impacts.
Within the scope of the ESIA, data analysis, comprehensive field studies, stakeholder consultations, and integrated monitoring activities were conducted to study the existing environmental and socio-economic conditions within the Project’s potential area of influence and to identify and assess the Project’s potential impacts.
The ESIA covers the assessment of the following environmental and socio-economic parameters:
- General geology, hydrogeology, geomorphology, and geological hazards
- Meteorological and climatic conditions
- Hydrology and water quality, surface and groundwater resources
- Soil cover and land use
- Biodiversity
- Ambient air quality, dust, noise, and vibration
- Socio-economic conditions
The aforementioned studies were carried out under desk-based, field, and laboratory conditions, and the results were analyzed and summarized within the framework of the ESIA report.







