
Layihə haqqında qısa məlumat.
Qaradağ yatağı Azərbaycan Respublikasının Şəmkir və Gədəbəy inzibati rayonlarının həmsərhəd ərazilərində, Kiçik Qafqaz dağlarının şimal yamacında Cəyirçay hövzəsinin orta axımında, çayın sağ qolu olan Xarxar çayının sol qolunda yerləşir. Qaradağ yatağının şimal cinahı həmçinin Qaraox çayının adsız sağ qolunun mənbə hissəsinə cavab verir. Yatağın mütləq hündürlüyü 1410-1610 m diapazonunda tərəddüd edir. Yatağın ərazisi oyulmuş relyefə malik və kiçik dərin olmayan çay dərələri ilə kəsilən orta dağ massivi ilə xarakterizə edilir. Yatağın sahəsi 2.3 km2 ərazini əhatə edir.Yataq Şəmkir şəhərindən təxminən 28 km cənub-qərbdə, Gədəbəy şəhərindən 20 km şimal-şərqdə, Bakı şəhərindən isə 433 km qərbdə yerləşir.